"Zabrat və Kürdəxanıda idman meydançaları yoxdur" - Deputatdan ÇAĞIRIŞ

 16:21 19.11.2025     519

"Zabrat qəsəbəsində 21 saylı şəhər poliklinikası var və bu poliklinika, - indi mən bir il yarım ərzində dəfələrlə orada olmuşam, - kifayət qədər əsaslı təmirə ehtiyacı olan bir müəssisədir və həqiqətən də ordahəmin poliklinik xidmətlərindən istifadə etmək istəyən əhali müəyyən mənada əziyyət çəkmiş olurlar. Çünki o xidməti lazımi səviyyədə həyata keçirmək olduqca çətindir".

Redaktor.az xəbər verir ki, bunu deputat Azər Allahverənov parlamentin bugünkü iclasında bildirdi.

"Digər bir məsələ Nardaran Sağlamlıq Mərkəzi ilə bağlıdır ki, onun iki korpusu var. Bir korpusunun da həqiqətən də ciddi əsaslı təmirə ehtiyacı var və əsaslı təəmir olunduqdan sonra həmin korpusda müxtəlif tibbi xidmətlərin uğurlu şəkildə həyata keçirilməsi mümkün ola bilər. Xüsusilə də rentgen kabinetinin istifadəyə verilməsi və digər məsələlər...", - deyə o, qeyd etdi.

Deputat həmçinin bildirdi ki, həm Zabrat, həm Kürdəxanı idman meydançalarının olmadığı bir qəsəbələrdir.

"Biz dəfələrlə bizim bu tribunadan istifadə eləyərək, xüsusilə də bizim gənclərimizin, uşaqlarımızın sağlam bir mühitdə böyüməsi məsələsini diqqətə çatdırmışıq. Təəssüflər olsun ki, həm Zabratda, həm də Kürdəxanıda idman meydançasının olmaması uşaqları bir qədər də çətin vəziyyətə salmış olur. Aidiyyəti strukturlar bu məsələni xüsusi diqqətlə mərkəzdə saxlasınlar. Kürdəxanıda bir futbol məktəbi də fəaliyyət göstərir. Yəni bu məktəb var və mövcud infrastrukturu bir qədər də gücləndirməklə, bəlkə də ola bilsin ki, bu uşaqların arasında gələcəkdə biz yaxşı peşəkkar futbodlçu yetişdirməyə nail ola bilərik. Eyni zamanda Pirşağıda bir mədəniyyət evi var və düşünürəm ki, bu mədəniyyət evi 2008-ci ildə əsaslı şəkildə təmir olunmuşdur və bu binanın da mütləq ki, yenidən bir əsaslı təmir olunsun. Çünki həqiqətən də Pirşağı qəsəbəsində nəzər saldıqda görürük ki, insanların asudə vaxtını təşkil olunması üçün mövcud olan imkanlar olduqca azdır", - deyə Azər Allahverənov qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən