"Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır" - Komitə sədri
"İnvestisiya və infrastruktur layihələrinin nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Hicran Hüseynova parlamentdə büdcə müzakirələri zamanı bildirdi.
"Bu günlərdə və Bakı və Sumqayıt şəhərləri arasında avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişinə müühüm dəstəkdir. İnanırıq ki, vətəndaşlarrımızın həyat şəraitinin daha da yaxşılaşdırıması üçün aparılan işlər davam edəcək.
Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən böyük və qymətli sərvətidir.
Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Uşaq bağçalarında və təhsil müəssisələrində psixoloji xidmət təşkil olunmalıdır.
Beynəlxalq təcrübəni öyrənməklə daha çox uşaqlı ailələrə sosial dəstək proqramının həyata keçirilməsinə çox böyük ehtiyac var", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













