"Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmalıdır" - Vasif Qafarov
"Bölgələrdə yeni iş yerləri yaradılmadlıdır. İndiyə əqədər bu sahədə bir sıra addımlar atılıb. Özünəməşğulluq proqramları həyata keçirilib".
Redaktor.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin plenar iclasında bildirdi.
O, hesab edir ki, bölgələrdə yeni iş yerləri yaratmaq üçün özünəməşğulluq proqramları genişləndirilməli, eyni zamanda sahibkarlıq xüsusilə kiçik və orta sahibkarlar dəstəklənməlidir:
"Kiçik və orta sahibkarlığı inkişaf etdirməklə biz bölgələrdə işsizliyi aradan qaldıra bilərik və bununla da miqrasiyanıı aradan qaldıra bilərik.
Həmçinin dövlətin yardımına möhtac əhalinin dövlətə vergi verən əhaliyə çevirə bilərik. Həm də bununla yerli istehsalı gücləndirə bilərik. Bunun üçün hesab edirəm ki, ilk növbədə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyulmalıdır".
Aminə ŞAHSUVARQIZI













