"Xocavənd rayonunu çıxmaq şərtilə qalanlarının hamısı..." - Siyavuş Novruzov
"Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib, 170 layihənin təmələni qoyub, 167 obyektin açılışdan iştirak edib. 62 mindən çox insan həmin regionlarda yaşayır. 19 məktəb tikilib, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar, körpülər barədə kifayət qədər məlumat var".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı bildirdi.
"Prezidentin sərəncamı oldu. Regionların strukturlarının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verdi ki, qısa müddətdə strukturların təkmilləşdirilməsi və yenii struktur layihəsi təqdim olunsun. Hesab edirik ki, burada bələdiyyələrin də rolu öz əksini tapacaq. Bir Xocavənd rayonunu çıxmaq şərtilə qalanlarının hamısı özü büdcəsini təmin edir. Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır. Rayoonlar arasında sağlam rəqabət gedir", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













