"2026-cı ildə daha yaxşı yaşayacaqsınız" - Elman Nəsirov
"Açıq danışsaq, hər birimiz gündəlik insanlarla ünsiyyətdəyik, vətəndaşlarımızın orta statistik azərbaycanlının bu büdcədən gözləntilərindən xəbərdarıq. Akademik, rəsmi dili kənara qoyub sadə şəkildə ifadə etmək istəyirəm ki, ən çox verilən suallar bunlardır: Bu büdcə bizim sosial rifahımızı nə qədər təmin edəcək, sabahımız necə olacaq, təhlükəsizliyimiz necə qorunacaq və s."
Redaktor.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı dedi.
"2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41 faizi, yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir", - deyə o bildirdi.
Aminə ŞAHSUVARQIZI













