Məlahət İbrahimqızı boşanmalarla bağlı məsələ qaldırdı, hökumətə təklif VERDİ
"Ölkəmizdə ildən-ilə çox sürətlə artan və Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarında əks etdirilmiş boşanan ailələrin, nikaha girən ailələrin təxminən 50%-ni təşkil etməsidir. Xüsusilə də son üç ilin mənzərəsi çox düşündürücüdür".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin depuatı Məlahət İbrahimqızı parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirdi.
O, qeyd etdi ki, dövlətimizin başçısı çıxışlarında daim ailə institutunu xalqımızın min illər boyu yaratmış olduğu zəngin milli dəyərlərin tərkibi adlandırır və güclü millətin formalaşdırılmasında gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsində güclü ailə institutunun müstəsna əhəmiyyətini və onun qorunmasının zəruri olduğunu qeyd edir:
"Bu mənadaa ölkəmizdə ildən-ilə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafik təhlükəsizliklə, aliment fondu kimi səsləndirilən problemlərlə, ailədə olan uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı ciddi problemlər yarada bilər. Bu isə son dərəcədə gələcəkdə dövlətimiz üçün ciddi maliyyə tutumlu yeni sosial proqram və strategiyaların hazırlanmasını zəruri edir.
Artıq 1950-ci illərdən dünyanın ən inkişaf etmiş ölkələrində, eləcə də qardaş Türkiyədə məhkəmələr, mediasia institutları ilə bərabər ailə məhkəmələri də fəaliyyət gösytərir. Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq, vəkil kimi mütəxəssislər fəaliyyət göstərir və ailə məhkəmələrinin əsas vəzifələri, məqsədləri heç də boşanma ilə müraciət etmiş tərəflərin nikahına xitam vermək deyil, ailənin bərpası, ailədaxili münaqişələrin və şiddətin aradan qaldırılması, uşaqların qorunması, o cümlədən maarifləndirici fəaliyyətdir. Təəssüff ki, bu gün dünyanın bütüün ölkələrində olduğu kimi, Azərbaycanda da, hətta ən inkişaf etmiş ölkələrdə hakim, hüquqşünas və vəkil çatışmazlığı və məhkəmələrdə onların ağır iş yükü səbəbindən ailə mübahisələrinə, mübahisələri ilə bağlı müracidətlərə bir çox hallarda qərarlar tələsik verilir.
Bugünkü iclasda Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin iştirakını nəzərə alaraq onlara bir neçə sual ünvanlamaq istəyərdim: Boşanmaların sürətlə artmasının qarşısının alınması və ailə institutunun qorunması ilə bağlı qarşıda hansısa bir proqram və strategiyaların hazırlanması gündəmdədirmi? Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi? Və nəhayət, yaxın gələcəkdə ölkəmizdə prezidentimizin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar çərçivəsində ölkəmizdə də ailə məhkəmələrinin yaradılması ilə bağlı hansısa da addımların atılacağı gözlənilirmi?"
Aminə ŞAHSUVARQIZI













