"Bilmədim Razi müəllim bu fikirlərini neçənci ilin çıxışından götürüb" - Deputat

 12:35 20.11.2025     518

"Bir məsələyə haşiyə çıxmaq istəyirəm. Bayaq Razi müəllim çıxışında bir fikir söylədi. Qeyd etdi ki, hələ də ilkin büdcədə neftin, qazın payı çoxdur. Tamamilə yanlışdır bu fikir. Bilmədim Razi müəllim bu fikirlərini neçənci ilin çıxışından götürüb. Çünki 2026-cı il dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payı 57,4% təşkil edəcək. Həmçinin, gəlirlərin 57,4%-i, vergilərin isə 78,7%-i qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu isə büdcənin ümumiyyətlə isə iqtisadiyyatımızın dayanıqlı olması deməkdir".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov parlamentdə büdcə müzakirələri bildirdi. 

"Biz Şəkinin su-kanalizasiya işlərinin aparılması ilə bağlı, daha sonra yollarının asfalt olunması ilə bağlı müraciət etmişdik. Artıq cənab prezidentin xüsusi tapşırığı və qayğısı ilə, baş nazirin bu məsələyə diqqəti ilə şəhər yollarının asfaltlanması demək olar ki, bitmək üzrədir. Qalan işlərin aparılması üçün isə vəsaitin ayrılması nəzərə tutulub", - deyə o, əlavə etdi.

Aminə ŞAHSUVARQIZI 

Vumart və Güvən reklamı Vumart Güvən