"Mədəniyyət evlərinə sadəcə üç-beş adamın məvacib aldığı iş yeri kimi baxılmamalıdır"
"Ağdaşda hər bir kənddə məktəb və komplektləşdirilmiş siniflərdənsə, oradakı demoqrafik vəziyyəti, kadr potensialını nəzərə alaraq, birləşmiş məktəblərə keçid üzərində düşünməliyik. Nisbətən uzaqda yaşayanları həmin məktəblərə aparmaq üçünsə, avtobuslar alınmalıdır. İndi Azərbaycanın əksər rayonlarında kəndarası yolların infrastruktur, infrastruktur bunun üçün yetərincə yararlıdır. Yoldan söz düşmüşkən, bu ilin fevralında cənab prezident Ağdaşın səkkiz yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayırıb".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə büdcə müzakirələrində bildirdi.
"Ümid edirəm ki, daha üç bu cür kəndarası yolların da təmirinə start veriləcək və başlanan təmir isə tezliklə sona çatdırılacaq. Əksər kənd yerlərində mədəniyyət obyektlərində çoxfunksiyalı fəaliyyət göstərmələri üçün təkmilləşmələrə ehtiyac var. Kənd kitabxanalarına klublara, mədəniyyət evlərinə sadəcə üç-beş adamın məvacib aldığı iş yeri kimi baxılmamalıdır.
Həmin yerlər əhalinin böyük bir qisminin həvəslə üz tutduğu, oxu zalına mədəni ehtiyaclarının ödəndiyi, sirkulyar sosial qurduğu, formalaşdırdığı məkana çevrilməlidirlər ki, qurumlar bunu yaxşı tədqiq edirlər.
Əminəm ki, ən azından orta perspektivdə Ağdaşda son dərəcə aktual olan içməli su problemi və elektrik təsərrüfatının yenidən qurulması məsələsi də öz həllini tam tapacaq", - deyə o vurğuladı.
Aminə ŞAHSUVARQIZI













