"Azərbaycanın beynəlxalq nüfuzunun artmasında parlamentin xüsusi yeri var"

 12:00 25.11.2025     692

"Artıq Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi tanınır. Bu, əlbəttə təsadüfi deyil, bu, birbaşa ölkə prezidentinin şəxsi keyfiyyətləri və eyni zamanda Azərbaycanın yüksək səviyyədə müstəqil şəkildə öz siyasətini qurmasının bir nümunəsidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin bugünkü plenar iclasında bildirdi.

"Azərbaycanın beynəlxalq nüfuzunun artmasında əlbəttə parlamentin xüsusi yeri var. Hesab edirəm ki, bizim uğurlara bir töhfə verən hadisələrdən biri də, xanım sədr, sizin rəhbərliyinizlə Braziliyada, Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbirində Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməklə iştirakınızdır. 

Azərbaycan COP platformasına özünün bir COP29 Azərbaycan brendi olaraq, Azərbaycan nümunəsi olaraq COP29 tədbiri üçün bir nümunə oldu və Azərbaycanın təcrübəsi orada çox yüksək tərzdə qiymətləndirildi", - deyə o, qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən