"Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək" - Fazil Mustafa

 12:30 25.11.2025     359

"Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında bildirdi.

"Halbuki sadə bir mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb", - deyə millət vəkili qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən