Köç karvanı Xocalının Xanyurdu kəndinə çatdı - FOTO

 15:21 25.11.2025     363

Noyabrın 25-də 38 nəfərdən ibarət 11 ailə Xocalı rayonunun Xanyurdu kəndinə qayıtdı.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks tədbirlər həyata keçirilir.

O, qeyd edib ki, sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir.

Xanyurdu kəndində elektrik, qaz, su, rabitə və digər mühüm infrastruktur tam şəkildə bərpa edilib, əhalinin rahat yaşayışı üçün bütün şərait yaradılıb.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən