"O, mənim üçün xırda şeydir” - Yazıçıdan Samirənin hərəkətinə REAKSİYA
Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən bir çox ziyalılar, tanınmışlar Samirənin "sülh göyərçini" olmaq niyyətini tənqid edirlər, bunun tələsik, yerində olmayan addım olduğunu bildirirlər.
Redaktor.az-a danışan yazıçı Seyran Səxavət isə bildirdi ki, onun bu haqda fikri yoxdur:
“Mənim musiqi müsabiqəsinin finalında erməni iştirakçıya olan münasibətlə bağlı heç bir fikrim yoxdur. Mən daha böyük məsələlərlə məşğulam. O, mənim üçün xırda şeydir”.
Aytəkin TOFİQQIZI













