Media sahəsində tədbirlər planı TƏSDİQLƏNDİ

 12:54 28.11.2025     287

TDT-nin media sahəsi üzrə keçirilən müzakirələrində təşkilata üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, forumda TDT-yə üzv ölkələrdə informasiya mühitinin formalaşdırılması və regional səviyyədə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb: “TDT-yə üzv dövlətlər arasında media əməkdaşlığı mövcuddur və bu əməkdaşlıq getdikcə genişlənir. Gələn il isə növbəti görüşün Astanada keçirilməsi planlaşdırılır. Bu barədə əlavə məlumat yaxın zamanda açıqlanacaq”, - Əhməd İsmayılov vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən