"AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalıdır" - Deputat

 11:45 02.12.2025     304

"Müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə-yeksan edilməsi, Rusiya sülhməramlılarının vaxtından il yarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərinin rəsmən üzr istəməsi kimi çoxsaylı nümunələri misalında suveren iradə nümayiş etdirməyə imkan verir. Ona görə də manipulyasiyalara, qalxan ajiotajlara qətiyyən icazə verilməməlidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.

"Aidiyyəti orqanlar qətiyyətli davranmalı, anti-milli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqeyi sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır. Bu gün Azərbaycandan başqa heç bir keçmiş sovetlər birliyi ölkəsində xalq cəbhəsi anlayışı qalmayıb. Bu, bitmiş məxluqdur və unutmayaq ki, heç bir demokratiya oyunu milli maraqlardan daha üstün deyil", - deyə o əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən