"Kimlər Azərbaycan dövlətinə əl uzadırsa, onun cəzası çox ağır olacaq" - Siyavuş Novruzov

 11:51 02.12.2025     345

"Büdcədən nəzərdə tutulan artımlar və büdcədə ayrılmalar tamamilə yerində olan artımlardır, yerində olan əlavələrdir. Çünki bizim burda təhlükəsizlik və müdafiə məsələləri sahəsində ayırdığımız artırmalar göstərir ki, nə qədər biz təhlükəsizliyə və müdafiəyə dəstək göstərmişik".

Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında dedi.

"Nəinki ölkə xaricindən, ölkənin daxilində də, ölkənin suverenliyinə, ərazi bütövlüyünə, onun inkişafına, onun tərəqqisinə, orda aparılan görülən quruculuq, abartıq işlərinə kölgə salmağa səhv göstərən qüvvələr var, siyasi partiyalar var, siyasi partiyaların nümayəndələri var. Bunların qarşısını almaqdan ötrü doğrudan da bizim təhlükəsizlik orqanları, hüquq-mühafizə orqanları, mütəmadi olaraq operativ şəkildə öz işlərini qurmalıdır, aparmalıdır və nəticə etibarilə də biz bunun nəticələrini görməkdəyik. Bundan sonra da görəcəyik ki, kimlər Azərbaycan dövlətinə əl uzadırsa, kimlər Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxmaq istəyirsə, kimlər Azərbaycana başqa bir dövlətin vassalı hesab etmək istəyirsə, onun cəzası çox ağır olacaqdır, çox ağır cəza ilə cəzalandırılacaq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Qanun qarşısında hamı cavab verməlidir. İstər siyasi partiya rəhbəri olsun, istər siyasi partiya olsun, istər keçmişdə hansısa xidməti olsun heç birinin əhəmiyyəti yoxdur", - deyə o vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən