Jalə Əliyeva prezidentin Zərdabla bağlı sərəncamından danışdı
"Prezident İlham Əliyevin deputatı olduğum Zərdab rayonunda əhalinin gündəlik həyatında və təsərrüfat fəaliyyətində mühüm rol oynayan Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmirilə bağlı dünən imzaladığı sərəncamı mən burada xüsusi olaraq qeyd etmək istəyirəm".
Redaktor.az xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirdi.
"Prezident sərəncamına əsasən, 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən həmin avtomobil yolunun əsaslı təmirilə məqsədilə dünən ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat vəsait ayrıldı. Bu sərəncam həm rayonda yaşayış məntəqələri arasında əlaqənin yaxşılaşdırılması, həm də kənd təsərrüfatı məhsullarının daşınması, sosial xidmətlərə çıxış və ümumi hərəkət təhlükəsizliyinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Zərdab rayonunda və ətraf kəndlərdə yaşayan on minlərlə insanın həyatına birbaşa müsbət təsir göstərəcək, eyni zamanda 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan regional inkişaf proqramlarının uğurlu icrasını daha da sürətləndirəcəkdir", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













