"Qışın bu günündə məktəbin pəncərələri örtüklə örtülüb" - Deputat

 12:56 02.12.2025     767

"Təhsilə qoyulan hər bir manat əslində gələcək nəsillərin və Azərbaycanın sabahına qoyulan sərmayədir. Təhsilə ayrılan vəsaitin önəmli olan necə xərclənməsidir və ünvanına yetişməsidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirdi.

"Biz modern bir ölkəyik və Azərbaycan bu gün dünya dövlətləri içində duruşu ilə, mövqeyi ilə, barışa verdiyi qatqılarla fərqlənir. Amma bu ölkəmizdə mənim seçildiyim bölgədə təhsil sistemi çox ciddi problemlər var. Bəzi məktəblərimiz var ki, mən özəlliklə orada görüş təyin edirəm və üzülərək bunu burdan söyləyirəm ki, qışın bu günündə mən orada örtüklə örtülmüş pəncərələrin mən şahidi oldum.

Neftçalanın qazlaşdırması ilə bağlı ciddi problemlərin olduğunu demək istəyirəm. Özəlliklə Yeni Qışlaq kəndində qadınların əli odun doğramaqdan qabar olub. O Yeni Qışlaq kəndi ana xəttdən 6 km uzaqlıqda yerləşir deyə bu günə qədər də qazlaşdırmanın qarşısında ciddi problemlər var. Qaravəlli kəndi rayonun tam mərkəzində  yerləşir. Kəndin bir hissəsi qazlaşdırılıb, digər hissəsi qazlaşdırılmayıb. Hökumətimizdən xahiş eləyirəm, Avropaya qaz ixrac eləyən Azərbaycanımız bu problemləri də həll etsinlər", - deyə millət vəkili hökumətə müraciət etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən