Deputat tarixi abidənin bərpası üçün hökumətə çağırış ETDİ

 13:00 02.12.2025     310

"Qaradağda bir məsələ ilə bağlı mən hökumət üzvlərinin iştirakından istifadə edərək müraciət etmək istəyirəm. Qaradağda Səngəçal qəsəbəsində Karvansara kompleksi var. 15-ci əsrin tarixi abidəsidir. Həmin kompleks İpək Yolu üzərində yerləşir".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov parlamentdə büdcə müzakirələri zamanı bildirdi.

"Orta Dəhliz üzərində Azərbaycanın həmin tarixi, həm də ki, mənəvi baxımdan üstün mövqeyə malik olmasını səciyyələndirən bir tarixdir. Həmin tarixi abidəni bərpa olunması üçün müəyyən vəsaitin ayrılmasını və diqqətdə saxlanmasını xahiş edərdim", - deyə o hökumətə müraciət etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən