Deputat Azərbaycanda kosmik muzeyin yaradılmasını təklif ETDİ
"Bu sahədə kosmik muzeyin tikilməsi də çox maraqlı olar. Çünki muzey həm də ciddi və aktiv dövlətlərarası layihələr, investisiyalar üçün də böyük bir reklamdır".
Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva parlamentdə "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış etdi.
"Məhz buna görə də tam hüquqlu Azərbaycan Kosmonavtika Muzeyini yaratmaq vacibdir. Özü də qapalı təşkilatlar nəzdində yox, ictimaiyyət və qonaqlar üçün muzey açıq olsa daha yaxşı olar.", - deyə o vurğuladı.
Aminə ŞAHSUVARQIZI













