DSMF-nin gələn il xərcləri 8,5 milyard manata yaxın OLACAQ
Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.
Redaktor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;
- Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.













