İcraçı direktor vəzifəsi ləğv edildi - Aygün Əliyevaya yeni vəzifə verildi

 18:47 06.01.2026     656

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.

Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən