Elşad Miraləmə yeni vəzifə VERİLDİ

 12:51 10.01.2026     1915

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

İxtisasca politoloq olan Elşad Miraləm 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.

Vumart və Güvən reklamı Vumart Güvən