"Duzsuzlaşdırılmış su içməli su kimi minerallaşdırılmasa, təhlükəli ola bilər" - Ekoloq

 17:19 13.01.2026     660

Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasının su təminatının gücləndirilməsi məqsədilə ölkədə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşa ediləcəyini və su sektorunda rəqəmsal idarəetmə sisteminin tətbiqinin vacibliyini bildirib. Dövlət başçısının sözlərinə görə, layihə xarici investisiyalar hesabına həyata keçiriləcək və paytaxtın, eləcə də Abşeron yarımadasının içməli və suvarma suyu ilə təminatında əlavə, dayanıqlı mənbə yaradacaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Fikrət Cəfərov bildirdi ki, Azərbaycanın ilk dəniz suyunun duzsuzlaşdırılması zavodu altı il əvvəl Neftçalada tikilib:

"Bu sudan Bakı-Astara magistral yolunun ətrafındakı yaşıl sahələrin suvarılması üçün istifadə olunur. Nəticələr çox yaxşıdır. Yeni bir layihə, Sumqayıtda zavodun tikintisi Abşeron yarımadasının şirin su çatışmazlığı problemini həll etməyə kömək edəcək. Layihəyə həmçinin bir neçə həftəlik ehtiyat təchizatı yaratmaq üçün iki ehtiyat su anbarının tikintisi daxildir. Bu layihə böyük Bakı sakinləri və yaşıl sahələrin qorunması üçün çox vacibdir. Əminəm ki, onun həyata keçirilməsi əhali üçün su çatışmazlığı problemini tamamilə həll edəcək. Bu layihənin müəyyən aspektləri məni çox narahat edir. Hamı bu suyun içməli su kimi istifadəsindən danışır. İçməli suyun bu üsulu İsraildə çoxdan istifadə olunur. Lakin içməli su üçün, duzsuzlaşdırılmış su hazırlamaq üçün xüsusi minerallaşdırma sənayesi yaradılıb, çünki duzsuzlaşdırılmış su vacib iz elementləri və minerallardan məhrum olan ölü su hesab olunur. Bu su əlavə minerallaşmaya məruz qalmazsa, içməli su kimi istifadə etmək təhlükəlidir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən