Azərbaycanla Uqanda arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi

 17:07 14.01.2026     418

“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb.

Vumart və Güvən reklamı Vumart Güvən