"Gənclərin 92,1 faizi Qərbi Azərbaycana qayıtmaq istəyir" - Tarixçi

 12:54 16.01.2026     555

"Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur. Qərbi Azərbaycan azərbaycanlılar üçün təkcə coğrafi məkan deyil, eyni zamanda ideoloji məna daşıyan bir məkandır. Bu torpaqlar əsrlər boyu ərzi-halımızın, mədəniyyətimizin və milli kimliyimizin formalaşdığı bir məkan olub. Qərbi Azərbaycan həm Azərbaycan tarixində, həm də dünya tarixində mühüm mövqeyə və xüsusi yerə malikdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi Əfqan Vəliyev "Tarixi Yurda Qayıdış" konfransında bildirdi

O vurğuladı ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğuları da bunu təsdiqləyir:

"Sorğuların nəticələrinə görə, ölkə əhalisinin 94,2 faizi Qərbi Azərbaycan məsələsi ilə maraqlanır və dövlətimizin bu istiqamətdə apardığı siyasəti yaxından izləyir. Eyni zamanda, qərbi azərbaycanlılar arasında keçirilən sorğuda onların 98,8 faizi Qərbi Azərbaycana qayıtmaq arzusunda olduqlarını bildirib. Yaş kateqoriyaları üzrə aparılan təhlil isə xüsusilə diqqətçəkicidir. Belə ki, Qərbi Azərbaycanda yaşamamış 18-25 və 25-35 yaş qruplarında, xüsusən də 18-25 yaş kateqoriyasında respondentlərin 92,1 faizi Qərbi Azərbaycana qayıtmaq istədiklərini ifadə edib. Bu fakt göstərir ki, Qərbi Azərbaycan insanların ocaqlarında, ailələrində, mədəniyyətində, folklorunda və şüurunda yaşayır, nəsildən-nəslə ötürülür. Mən Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndirirəm. Ölkə ictimaiyyəti bunu 97,5% səviyyəsində təsdiqləyib və Qərbi Azərbaycan İcmasını bu siyasətin həyata keçirilməsində çox uğurlu bir qurum kimi qeyd edib. Bu, həm bizim qürurumuzdur, həm də dövlətimizin ümumi uğurudur".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən