"Normal bir adambalası tapdınızsa, onunla ailə qurun" - Deputatdan gənclərə ÇAĞIRIŞ

 22:56 06.02.2026     937

"Bu gün aparılan yanlış təbliğatın nəticəsidir ki, gənclərin bir hissəsi ailənin dəyərini anlamır".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.

O nəzərə çatdırdı ki, ailə bir yuvadır, ailə bir müqəddəs məfhumdur:

"Ailə sizin qalanızdır, sizin sığındığınız bir yerdir. Yəni hər bir insanın ailəyə ehtiyacı var. Ola bilsin ki, gənc yaşında, müəyyən bir dövrdə siz bunu hiss etməyəsiniz, amma bu mənada ailə önəmlidir. Azərbaycanda artıq bu ildən etibarən əhalinin cüzi azalması prosesi gedir. Niyə? Gənclərin bir hissəsi ailə qurmaq istəmir. Hə, səbəb nədir? “Mən məsuliyyət götürmək istəmirəm üzərimə”, qız oğlana min şərt qoyur, oğlan qıza min şərt qoyur, bəzən də nəticədə ailə qurmaq daha da çətinləşir".

Millət vəkili hesab edir ki, ideal insan yoxdur:

"İdeal insan tapmayacaqsınız. Normal bir adambalası tapdınızsa, onunla ailə qurun və bir-birinizə güzəştə getməyə çalışın. Artıq o dövr keçib, yəni ideal və sair".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən