"Süni intellekt alimin geri çəkilməsinə, elm və tərəqqiyə mənfilik gətirir" - Səadət Məmmədova

 12:35 11.02.2026     382

“Elmin rəqəmsallaşmasını iki aspektdən qiymətləndirə bilərik. Bu, mənfi və müsbət qiymətləndirmədir. Bütün dünyada elmi əməkdaşlığın güclənməsinə, alimlərin fikirlərinin ötürülməsinə şərait yaradır”.

Redaktor.az xəbər verir ki, bunu AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədova “Rəqəmasallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda keçirilən konfransda səsləndirib.

“50-100 il əvvəlki alimlərə baxsaq, bilavasitə çalışıblar. Alimin subyektiv yanaşması ilə elm inkişaf edib. Süni intellekt alimin geri çəkilməsinə, elm və tərəqqiyə mənfilik gətirir. Süni intellekt alim və elmi tədqiqat probleminin aktuallaşmasına gətirib çıxarır”, - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən