Azərbaycanda yeni nazir müavinləri təyin EDİLƏCƏK

 17:56 11.02.2026     1004

"Hesab edirəm ki, hər bir dövlət qurumunda, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən