"Əmlak və torpaq vergisi bələdiyyələrin ən çox cəlb etdiyi vergi növüdür" - Deputat

 11:56 13.02.2026     634

"2025-ci ildə bələdiyyələr büdcədənkənar mənbələrdən cəlb etdikləri vəsaitlərin həcmini 22 faiz artırıblar. 2024 və 2025-ci illərin yekunları göstərir ki, bələdiyyələrin cəlb etdiyi vəsaitlərin və mənbələrin şaxələndirilməsi baş verməklə yanaşı, onlar büdcədənkənar daha çox vəsait cəlb etmək imkanlarına da malikdirlər. Əlbəttə, son zamanlar büdcədənkənar gəlir mənbələrinin şaxələndirilməsi bu mənbələrə yenidən baxılmasını daha da aktuallaşdırır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

O qeyd etdi ki, mövcud qanunvericiliyə əsasən bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisini, eyni zamanda yerli əhəmiyyətli tikinti materiallarının istehsalına görə vergini və bələdiyyə müəssisələrindən əldə olunan mənfəət vergisini hesabına öz gəlirlərini formalaşdırırlar:

"Təbii ki, əmlak və torpaq vergisi bələdiyyələrin ən çox cəlb etdiyi vergi növüdür. Amma nəzərə alsaq ki, bəzi bələdiyyələrin fəaliyyət göstərdiyi ərazilərdə mədən vergisi tətbiq edilmir və ya bələdiyyə müəssisələri fəaliyyət göstərmir, bu səbəbdən fiskal mənbələrin şaxələndirilməsi ilə yanaşı, həmin mənbələrin sayının artırılmasına da ehtiyac var".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən