"Xəzər dənizində quruculuq işləri aparılsın" - Siyavuş Novruzov

 12:48 13.02.2026     646

"Azərbaycanın müxtəlif dəhlizlərin mərkəzindən keçməsi ilə Şərqlə Qərbin birləşdirilməsi, Avropa ilə Asiyanın birləşdirilməsində çox mühüm planı var və həmçinin Xəzər dənizində aparılan proseslər də burada birləşdiriləcək".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirdi.

Onun sözlərinə görə, bu məsələləri vaxtında qanunvericilik bazasına uyğunlaşdırmaq və təkmilləşdirmək vacibdir:

"Təbii ki, dövlət mülkiyyətinə aid olan torpaqlar da öz həllini tapmalıdır. O məqsədlər üçün ki, Xəzər dənizində quruculuq işləri aparılsın, müəyyən hidrotexniki qurğular tikilsin, kəmərlər oradan keçsin, asma xətlər çəkilsin, dəmir yolları oradan keçsin, bütün bunlar üçün vaxtında müxtəlif şəxslərə məxsus dəmir yolu kənarındakı sahələrin sökülməsi və ya əlavə olunması məsələləri həll edilməlidir. Bütün bunlar gələcəkdə orada infrastrukturun yaradılmasına imkan verə bilər ki, həmçinin xətlərin genişləndirilməsi və yenidən qurulması üçün addımlar atılsın".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən