İcra başçısı Adil Əliyevə töhmət VERİLDİ

 11:00 17.02.2026     1170

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçirdiyi müşavirədə Suraxanı rayonunun təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonun bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət verilib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Eldar Əzizov Suraxanı rayonu ilə yanaşı Qaradağ və Xəzər rayonlarının təsərrüfat məsələlərinin vəziyyətini də kəskin tənqid edib. O, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına şifahi xəbərdarlıq elan edib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, töhmət alan Adil Əliyev keçmiş deputat, Milli Məclisin sədr müavini olub.

Vumart və Güvən reklamı Vumart Güvən