"Milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər olduqca azdır" - Deputat

 12:05 20.02.2026     314

"Biz uşaqlarımız üçün alternativlər təklif etməliyik ki, onlar bu sistemdən asılı qalmasınlar. Fikrimi qısa şəkildə ifadə etmək istəyirəm ki, uşaqlar üçün keyfiyyətli filmlərin azlığı təkcə kino sənayesinin problemi deyil, bu, mədəniyyət, təhsil və istehsal infrastrukturunun birgə üzləşdiyi ümumi bir məsələdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, yerli uşaq filmlərinin sayı çox məhduddur:

"Bəzi illərdə bir-iki layihə həyata keçirilsə də, bunlar əsasən serial, animasiya və uşaq verilişləri olur. Tammetrajlı və yüksək səviyyəli filmlər isə çox nadir hallarda istehsal edilir. Hazırlanan məzmunların bir qismi zəif ssenarili və keyfiyyətsiz olur, bəziləri isə yalnız əyləncə xarakteri daşıyır. Milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər isə olduqca azdır".

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən