"Bir tərəfdən uşağı zərərli informasiyadan qorumaq istəyirik, digər tərəfdən isə məlumat azadlığı deyirik"
"Uşaqların hərbi münaqişələrdə iştirakı və bu sahəyə müdaxilə cəhdləri, müdaxilə imkanları hər gün bir qədər də artır. Bunlar şəbəkələr, digər internet resurslarıdır və sair. Ona görə də mən bu layihəni həm də ona görə yüksək qiymətləndirirəm ki, indi uşaq hüquqlarına dair qarşıda qoyduğumuz məqsəd icra olunacaqdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsi haqqında danışan deputat Hikmət Babaoğlu bildirdi.
O əlavə etdi ki, biz bir tərəfdən uşağı zərərli informasiyadan qorumaq istəyirik, digər tərəfdən isə məlumat azadlığı deyirik:
"Uşaq öz azadlıqlarının sərhədlərini özü müəyyənləşdirəcək dərəcədə yetkinliyə sahib deyil. Sahib deyilsə, təbii ki, valideynlər də buna müdaxilə edə bilərlər. Uşaqdırsa, onda məlumat azadlığı nə dərəcədə doğru olar? Mən bilmirəm, buna da bir toxunmaq lazımdır".
Nuriyyə NATİQQIZI













