"Zorakılıq, aqressiya və asılılıq yaradan kontentlərdən istifadə məhdudlaşdırılsın" - Deputat

 12:31 20.02.2026     407

"İkinci oxunuşda müzakirə olunan qanun layihəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial reabilitasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Layihədə uşaq hüquqları üzrə dövlət təminatlarının daha təkmil formada tənzimlənməsi, xüsusilə çətin həyat şəraitində olan uşaqlarla bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi müsbət addımdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsi haqqında danışan deputat Vüqar İskəndərov dedi.

Onun sözlərinə görə, bu maddədə nəzərdə tutulan müdafiə mexanizmləri ilə yanaşı müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq göstəriciləri, monitorinq və qiymətləndirmə mexanizmləri də normativ şəkildə daha dəqiq müəyyən edilməlidir:

"Xüsusilə sosial reabilitasiya tədbirlərinin icrası üzrə dövri hesabatların hazırlanması və nəticəyönümlü qiymətləndirmə mexanizminin tətbiqi qanunun faktiki effektivliyini artırar. Həmşinin, çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xidmətlərin istiqamətləri müəyyən edilir. Xüsusilə zorakılıq, aqressiya və asılılıq yaradan kontentlərdən istifadənin məhdudlaşdırılması, valideyn nəzarəti alətlərinin təşkili, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmənin keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi ilə nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini tapsa, zənnimcə, daha effektiv olar".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən