Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB
Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib.
Redaktor.az xəbər verir ki, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçmiş deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.
Keçmiş deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.













