"Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur" - Deputatlardan RƏY

 18:22 27.02.2026     1052

Parlamentin bu gün keçirilən plenar iclasında vitse-spiker Rafael Hüseynov təklif edib ki, Milli Məclisin adı dəyişdirilməldir. O vurğulayıb ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, parlament deputatlar üçün fikir və təkliflərin ifadə olunması üçün platformadır:

"Bu baxımdan deputat fikir ifadə etməkdə azaddır. Amma bu o demək deyil ki, səsləndirilən bütün fikirlər düzdür və mütləq elə olmalıdır. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram və subyektiv fikrim Milli Məclisin adnın elə olduğu kimi yazılmasını daha doğru hesab edirəm".

Aydın Mirzəzadə isə bildirdi ki, Milli Məclis adı dünyanın bir çox ölkələrində qəbul edilmiş parlament adıdır:

"Ali qanunverici orqanlar məhz bu formada adlandırılır. Bu baxımdan, Azərbaycanda artıq 35 ildən çoxdur istifadə olunan parlament adını məqbul hesab edirəm".

Deputat Fazil Mustafa da məsələ ilə bağlı fikirlərini Redaktor.az-a bildirdi:

"Bu məsələ diqqətə layiq bir təklifdir. Amma qrammatik qaydalara uyğun olaraq belə dövlət qurumlarının adın dəyişdirmək ənənəsi Azərbaycanda təkrarlanan bir hal deyil. Bu siyasi bir məsələ olarsa, təbii ki, müzakirə olunaraq baxılıb, qərar qəbul edilər bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən