"Məclis “milli” adlandırıla bilməz" - Vitse-spikerin təklifinə DƏSTƏK
Parlamentin ötən plenar iclasında vitse-spiker Rafael Hüseynov təklif edib ki, Azərbaycanda da Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.
Qeyd edək ki, bir çox deputat mətbuata açıqlamalarında belə bir təkliflə razılaşmadıqlarını bildiriblər.
Politoloq Qafar Çaxmaqlı isə Redaktor.az-a açıqlamasında vitse-spikerin təklifini dəstəklədi:
"Millət vəkili Rəfael Hüseynov düz deyir. Məclis “milli” adlandırıla bilməz. O, millətə aid olduğuna və burada təmsil olunanlar millətin iradəsini ifadə etdiyinə görə ad “Millət Məclisi” olmalıdır. 20-ci illərdə Türkiyə parlamenti də haqlı olaraq Türkiyə Böyük Millət Məclisi adlandırılmışdı. Bu adın dəyişdirilməsi heç bir problem yaratmaz. Sadəcə olaraq bir yanlış düzəldilər, o qədər".
Nuriyyə NATİQQIZI













