Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan EDİLİR

 12:22 03.03.2026     205

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən