Prokurorlara yeni səlahiyyət verilir

 12:25 03.03.2026     291

Prokurorlara yeni səlahiyyət verilir.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən