İrana göndərilən humanitar yardım Astara sərhədinə çatdı - YENİLƏNİB
İrana göndərilən humanitar yardım Astara sərhədinə çatıb.
Redaktor.az-ın xəbərinə görə, Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana yola salınan humanitar yardım artıq Astara dövlət sərhədindən buraxılış məntəqəsindədir. Sərhəd buraxılış məntəqəsində müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına yola salınacaq.
Qeyd edık ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutan telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə həyata keçirilir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar olan humanitar yardım yola salınıb.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.













