"Qarabağın bərpası Azərbaycan xalqının və dövlətinin qüdrətini dünyaya göstərib" - Asim Mollazadə

 14:16 19.03.2026     562

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Xocavənd rayonunun Xanoba kənddə olublar. Azərbaycan lideri sakinlərlə söhbəti zamanı bildirib ki, illərdir Novruz bayramını Qarabağda keçirir.

Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət başçısı son illər qələbədən sonra bir çox bayramları məhz Qarabağda, ailəsi ilə qeyd edib:

"Mənə elə gəlir ki, tam təbiidir ki, Novruz bayramı kimi bizim xalqımız üçün önəmli bir bayram məhz Qarabağda, azad olunmuş ərazilərdə, bərpa olunmuş ərazilərdə həyata keçsin. Bu, Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Qarabağın qaytarılması, bərpası Azərbaycan xalqının və dövlətinin qüdrətini dünyaya göstərib".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən