Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb - RƏSMİ
"Bakıdan Kürdəmirə dəmir yolu ilə səfərin müddəti bir saat azalıb. Əvvəl səfər 3 saat 11 dəqiqə idi, indi isə 2 saat 11 dəqiqədir".
Redaktor.az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, ölkə üzrə dəmir yolu stansiyaları tədricən bərpa olunur və sərnişinlərin istifadəsinə verilir.
Aytəkin TOFİQQIZI













