Qatarların sürəti artırılacaq? - AÇIQLAMA

 12:19 17.04.2026     359

“Azərbaycan Respublikasının ərazisində mövcud infrastruktur üzrə maksimal sürət 140 olaraq müəyyən edilib”.

Redaktor.az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

“Qatarlar həmin sürətlə hərəkət edirlər. Hazırda bu sürət maksimal hesab olunur. Hər hansı bir artırılma ilə bağlı işlər aparılmır”, - o deyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən