60 ilə yaxındır fəaliyyət göstərən metronu yeniləmək lazımdır - Ekspertdən ÇAĞIRIŞ

 14:20 22.04.2026     576

Dünən Bakı metrosunda rəsmi məlumata görə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Nəticədə qatarlar tunellərdə qalıb və sərnişinlər metrodan təxliyə olunub. Sərnişinlərdən ikisi xəstəxanaya yerləşdirilib, digərlərinə TƏBİB tərəfindən yerində yardım göstərilib. 

Qeyd edək ki, sözügedən hadisə metronun 3 saatlıq bağlanmasına səbəb olub. Nəticədə paytaxtın ictimai nəqliyyatında, xüsusilə avtobuslarda böyük sıxlıq müşahidə olunub.

Bəs metroda bu cür nasazlıq niyə baş verib? Belə halların baş verməməsi üçün Bakı Metropoliteni hansı tədbirləri görməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, bu növ hallar dünyanın fərqli metro şəbəkələrində də baş verir:

"Yəni, önləyici tədbir olaraq uzun illər fəaliyyət göstərən Bakı Metropoliteni şəbəkəsi yenilənməlidir. Yəni, 60 ilə yaxın fəaliyyət göstərir və onun rabitə, işarəvermə xidməti, siqnalizasiya, enerji təchizatı və digər sistemləri istismar müddətini keçmək üzrədir. Hər bir sistemin istismar müddəti vardır və uzun illər istifadə olunduqda onun yenilənməyə ehtiyacı yaranır. Zatən dövlət proqramında bunlar nəzərdə tutulub, sadəcə bunun daha sürətli icra edilməsinə ehtiyac var ki, gələcək illərdə bu növ hallar yaşanmasın".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən