TƏBİB rəhbəri Elçin Əmirovu işdən ÇIXARDI

 18:38 22.04.2026     857

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar.

Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.

Vumart və Güvən reklamı Vumart Güvən