"Azərbaycanda hər hansı sel sularının bu qədər fəsad törətməsinə yol verilməməlidir" - Fazil Mustafa

 17:59 30.04.2026     440

"Dövlət başçısının sel və daşqınların fəsadlarının aradan qaldırılması və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı Sərəncamını yüksək bir addım kimi dəyərləndirirəm".

Bunu Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi.

"Bütün sahələr üzrə proqram əlimin altındadır, mən də onunla tanış olmuşam. Hər sahədə hansı boşluqlar varsa, onların aradan qaldırılmasına yönələn bir sərəncamdır. Təki məmurlar bu Sərəncama uyğun olaraq müvafiq addımlar atsınlar və konkret nöqsanların aradan qaldırılmasına çalışsınlar. Əsas problem budur. Prezident əlindən gələni edib, lazım olan addımları atıb. İndi isə müvafiq qurumların bunu necə dəyərləndirəcəyi məsələsi qalır. Həqiqətən də bundan sonra yenə bəhanə olub-olmayacağına baxmaq lazımdır. Məncə, bundan sonra ciddi bəhanə olmamalıdır və Azərbaycanda hər hansı sel sularının bu qədər fəsad törətməsinə yol verilməməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən