"Ənənəvi media özünə çıxış yolu tapmalıdır"
“Cəmiyyətin hər bir üzvü medianın həm yaradıcısı, həm də ötürücüsü rolunda çıxış edir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov deyib.
“Son illərdə rəqəmsal platformalar hər bir kontent üçün yeni ideyalar təqdim edir. Ənənəvi media özünə çıxış yolu tapmalı, rəqəmsal platformalarla işləməli və öz dəyərlərini qoruyub saxlamalıdır.
Eyni zamanda, sosial medianın cəmiyyətdə yaratdığı dəyişikliklər hamımıza məlumdur. Süni intellektdən də danışmaq olar. Süni intellekt bütün mediada istehlakı və istehsalı dəyişdirən bir fenomen kimi ortaya çıxıb və bu transformasiyanın ayrılmaz hissəsidir”, - o bildirib.
Aytəkin TOFİQQIZI













