"Balla bağlı cəzanın tətbiqi sürücüləri daha çox çətin vəziyyətə salır" - Fazil Mustafa

 16:39 07.05.2026     4289

Son günlər Bakı şəhərində AYNA tərəfindən tətbiq olunan yeni cərimələr sürücülər arasında ciddi narazılıq yaradıb.

Qeyd edək ki, bəzi qayda pozuntlarına görə sürücülərə həm pul cəriməsi, həm də cərimə balı yazılır. Cərimə ballarının 20-yə çatdıqdan sonra sürücülük vəsiqəsinin məhdudlaşdırılması və ya əlindən alınması isə sürücülərin etirazına səbəb olur. Sürücülər bildirirlər ki, yollarda nəzarətin və cərimələrin artması nəticəsində ən kiçik qayda pozuntusuna görə belə bal hesablanır və bu səbəbdən 20 cərimə balı çox qısa müddətdə toplanır. Onların fikrincə, mövcud sistem bəzi hallarda sürücüləri həddindən artıq təzyiq altında saxlayır və cərimələrin məbləği ilə yanaşı, tətbiq olunan bal sistemi də yenidən nəzərdən keçirilməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, inzibati xəta ilə bağlı bir növ cəzanın tətbiqi daha məqsədəuyğun olar:

"Bu iki növ cəzanın birlikdə tətbiqi vətəndaş üçün ciddi problem yaradır. Xüsusilə də cərimələrin məbləği onsuz da yüksək olduğu halda, əlavə olaraq balla bağlı cəzanın tətbiqi insanları daha çox çətin vəziyyətə salır. Ona görə də məncə, məsələyə bu kontekstdə yanaşmaq lazımdır. Yəni daha çox bir cəza formasının nəzərdə tutulması kifayət edər. Bu halda insanlar da həmin əməli törətməyə o qədər meyilli olmaz, daha nizamlı və qaydalara uyğun davranarlar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən