Qarabağdakı şəhərsalma modeli bir sıra ölkələr üçün nümunəvi xarakter daşıyır - Deputat

 20:06 18.05.2026     836

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib ki, bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk.

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda keçirilən forum dünyanın ikinci ən böyük tədbiri hesab olunur:

"Burada yalnız şəhərsalma deyil, eyni zamanda insan kapitalının inkişafı, Minilliyin İnkişaf Məqsədləri ilə bağlı, o cümlədən beyin mərkəzlərinin prosesdə iştirakı kimi məsələlər müzakirə olunur. Kifayət qədər qlobal və genişmiqyaslı məsələlərin müzakirəsi həyata keçirilir. Bu da, təbii ki, Şəhərsalma Forumunun əhəmiyyətini göstərən faktorlardan biridir.

Cənab prezident öz çıxışında həm bu sahədə əldə edilən uğurları, həm də Azərbaycanın şəhərsalma modelini və qlobal, regional töhfələrini bir daha təqdim etdi. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə — Qarabağ və Şərqi Zəngəzurda bu gün Azərbaycan tərəfindən həyata keçirilən şəhərsalma modeli və mexanizmləri praktiki olaraq bir sıra ölkələr və beynəlxalq təşkilatlar üçün nümunəvi xarakter daşıyır və biz beynəlxalq təşkilatlar tərəfindən də bu modelin öyrənilməsini müşahidə edirik. Təbii ki, bu həm də Azərbaycanın əldə etdiyi uğurların təqdimatı baxımından vacibdir. Prezident də müasir standartlar və tarixi ənənələr nəzərə alınmaqla şəhərsalmanın Azərbaycanda inkişaf etdiyini bir daha qeyd etdi. Sözsüz, bütün bunlar ondan xəbər verir ki, forum Azərbaycan imkanlarını təqdim etməklə yanaşı, bütövlükdə qlobal olaraq bu sahədə təşəbbüslərin və səylərin sistemləşdirilməsinə imkan yaradacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən