İlham Əliyevdən WUF13-ün açılış mərasimindən PAYLAŞIM

 16:28 18.05.2026     296

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub.

Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.

Həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.

1521103

1521104

1521105

1521106

1521108

152110715211091521110

 

1521112

Vumart və Güvən reklamı Vumart Güvən